Keçmiş səfirimiz HƏBS OLUNDU - 3 xanım tibb işçisinə qarşı...

Keçmiş səfirimiz HƏBS OLUNDU - 3 xanım tibb işçisinə qarşı...

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Northwhitch Guardian” qəzeti yayıb. 

 

Bildirilib ki, fevralın 7-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. 

 

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.

 

Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların müxtəlif bədən hissələrinə toxunub. 

 

Məlumata görə, Norveç və İsveçdə də səfir olmuş R.İbrahimov ötən il özünü ittihamın beş bəndi üzrə təqsirli bilib. 

 

Qeyd olunub ki, keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək. 

 

Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...