Şokoladın qiyməti yenidən artacaq

Şokoladın qiyməti yenidən artacaq

Dünyada şokaladın qiyməti yenidən arta bilər. 

 

Sfera.az xəbər verir ki, 2024-cü ildə Qərbi Afrikada həftələrlə davam edən həddindən artıq istilər qlobal şokolad istehsalının əsasını təşkil edən kakao yığımına mənfi təsir edib. 

 

“Climate Central” müstəqil araşdırma qrupunun hesabatına görə, xüsusilə Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada güclü istilər müşahidə edilib. Hesabatda Fil Dişi Sahili və Qananın kakao istehsalında öndə getdiyi qeyd olunub:

 

“Kakao istehsalı üçün ideal temperatur səviyyəsi 32 dərəcədir. Son on ildə bu səviyyədən yuxarı olan isti günlərin sayının üç həftə artdığı müəyyən edilib. 2023-cü ildə qlobal orta temperatur rekord səviyyəyə çatdıqda, tədqiq edilən bölgələrin üçdə ikisində ən azı 42 gün ərzində 32 dərəcədən yuxarı temperatur müşahidə edildi. Qərbi Afrikadakı kakao fermerləri iqlim dəyişikliyinin yaratdığı hava şəraitinə qarşı həssasdırlar”.

 

Qeyd edək ki, hazırda kakaonun bir tonunun qiyməti 10 658 dollardır. 2025-ci ilin fevralın 7-i ilə müqayisədə kakaonun dəyəri 800 dollara yaxın artıb. Bir il əvvəl isə kakao 5300 dollara satılırdı. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...