“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

İqtisadiyyat Nazirliyində “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib.

 

Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. “Kapital Bank” “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikata layiq görülüb.

 

Qeyd edilib ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.

 

Ölkənin aparıcı maliyyə institutlarından biri olan “Kapital Bank” uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.

 

Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.

 

“Kapital Bank” Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda “Kapital Bank “Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan “Kapital Bank” 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, “Kapital Bank” dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

 

Ətraflı məlumat üçün: //kapitalbank.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...