Tramp hər ölkəyə ayrı rüsum tətbiq edəcək

Tramp hər ölkəyə ayrı rüsum tətbiq edəcək


ABŞ Prezidenti Donald Tramp hər ölkəyə ayrıca idxal rüsumunun tətbiq edilməsini doğru hesab edir. 

 

Sfera.az xəbər verir ki, dünən Tramp ABŞ-nin ticarət tərəfdaşları üçün geniş tarif planını açıqlayıb. Tramp deyib ki, ölkələrə tarifləri tətbiq edən zaman ölkələrdəki vergi güzəştləri, əlverişli qaydalar və subsidiyalar nəzərə alınacaq. Onun sözlərinə görə, hansı ölkələrdə güzəştlər və dövlət dəstəyi çoxdursa, həmin ölkələrdən idxal olunan mallara daha yüksək idxal rüsumu tətbiq olunacaq.

 

Bu prinsipə uyğun olaraq Braziliya, Hindistan, Yaponiya, Kanada və Avropa İttifaqı əlavə tariflərlə üzləşə bilər. 

 

“Mən ədalət naminə qarşılıqlı tariflər tətbiq etmək qərarına gəldim, yəni ölkələrin ABŞ-yə tətbiq etdiyi vergilərin eynisini biz də tətbiq edəcəyik. Çox vaxt bizdən qat-qat çox vergi toplayırlar, amma o günlər geridə qalıb”, - deyə Tramp bildirib. 

 

Ağ Evin açıqlamasına əsasən qarşılıqlı tariflər aprelin 2-dən etibarən qüvvəyə minəcək. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...