"Qərbdən maliyyələşən, tezis alan siyasətçi, media müstəqil deyil" - Deputat

"Qərbdən maliyyələşən, tezis alan siyasətçi, media müstəqil deyil" - Deputat

“Qərb təbliğat maşını illərlə elə bir situasiya formalaşdırıb ki, özünü beynəlxalq ictimaiyyət adlandıran bir qrup ölkə istisna olmaqla, digər coğrafiyalarda öz dövlətinin adamı olmaq az qala qəbahət sayılır”.


Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, məhz bu təbliğatın təsiri altında öz dövlətinin adamı olmaqdan qorxan və beləliklə də əslində digər güclərə işləyən “müstəqil adam”lar yetişdirilir, “müstəqil media” formalaşır:


“İmperializm də məhz həmin adamlardan istifadə edib dövlətlərin daxili işlərinə müdaxilə edir, yaxud etməyə çalışır. Son proseslər, xüsusən media fəaliyyəti adı altında milli maraqlar əleyhinə fəaliyyət göstərən təsisatlar ətrafında həyata keçirilən cinayət təqibi, habelə  USAID-in bağlanması fonunda, təəssüf ki, şahid olmaqdayıq ki, Azərbaycanda da bu metod uzun bir dövr ərzində effekt verib, özünü “müstəqil” sayan əslində isə öz dövlətindən başqa hamıya işləyən “siyasətçilər”, “jurnalistlər” yetişib.  Sadəcə, sual qoyulmalıdır ki, Qərbdən maliyyələşən, Qərbdən tezis alan media, yaxud siyasətçi hansı adla müstəqil fərd, yaxud müstəqil media adlana bilər?”


Millət vəkili qeyd edib ki, problemlər olsa da, indiki məqamda biz daha çox konseptual məqamlara fokuslanılmalıdır:


“Kifayət qədər məsələ qaldırmaq da mümkündür. Məsələn, torpaqların sərhədlərinin hələ də dəqiq müəyyən edilməməsi, bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlərin olmaması, bələdiyyələrin imkanlarının xaricində olan öhdəliklərlə yüklənməsi, o cümlədən kənd yollarının bələdiyyələrin balansında olması və bu yolların təmirinin imkan xaricində olması kimi çoxsaylı məsələlər var. Amma hesab konseptual əsasda deyə bilərik ki, böyük zəfərimizin ardınca formalaşan konfiqurasiya kifayət qədər müsbət perspektiv vəd edir”.

 

 Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...