Naxçıvan əhalisinin sayı açıqlandı

Cəmiyyət
10:52 / 14.02.2025
1727
Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.
Bu barədə Sfera.az-a Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirlib ki, 1 yanvar 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 377 nəfər və ya 0,5 faiz artaraq 470 min 943 nəfər olub.