Kanye Uest daha 25 milyon dollar itirə bilər: Bianka ilə əlaqəsi nədir?


Kanye Uest daha 25 milyon dollar itirə bilər: Bianka ilə əlaqəsi nədir?

Kanye Uestin mübahisəli açıqlamaları ona 25 milyon dollara başa gələ bilər.


Mənbələr iddia edirlər ki, amerikalı reperin həyat yoldaşı Bianka Sensori antisemit davranışından o qədər travma aldıqdan sonra daha bir maliyyə zərbəsi ilə üzləşə bilər. O, indi yeni filminin çəkilişlərini davam etdirməkdən imtina edir.

Sfera.az bildirir ki, reperin həyat yoldaşı antisemit ifadələrində onu dəstəkləməyib. Bianka dərin travma alıb və buna görə də hələlik həyat yoldaşı ilə layihələrdə əməkdaşlıq etməkdən imtina edir.
 

Bianka, qismən Yaponiyada çəkilmiş, Kanye və onların yaradıcı çevrəsi tərəfindən istehsal olunmuş, qadın bədənini vurğulayan uydurma bədii filmdə rol alır.


İndi isə o, Uestin bir sıra antisemit, homofob və cinsiyyətçi mesajlar yerləşdirdiyi, həmçinin “Yeezy” internet saytından istifadə edərək svastika ilə ağ köynəyi 20 dollara satdığını görən sosial "aktivliyindən" travma alıb.
 

Qalmaqal onların 25 milyon dollarlıq filminin taleyini təhlükə altında qoyub, iki prodüser layihədən çəkilmək ərəfəsindədir.
 

"Byanka Ye-nin (Kanye - red.) hərəkətlərindən dərin sarsıntı keçirib və o, bu fikirlərlə tamamilə razı deyil. Yeyə yaxın olan bir çox insan kimi, onun etdiklərindən dəhşətə gəlir. O, bundan o qədər utanır ki, indi çəkilişləri davam etdirməkdən imtina edir" - deyə mənbə bildirib.


Xüsusilə də məlum olub ki, filmi tamamilə Uest və onun həyat yoldaşı maliyyələşdirir.
 

Film "çılpaq olmaqdan utanmaq insanlar üçün təbii deyil" və "ədəbsizlik yalnız beyində olur" mövzusunu araşdıracaq.
 

Kanye Uestin filminin çəkilişləri bu yaxınlarda Yaponiyada tamamlansa da, planlar başqa yerlərdə davam etdiriləcəkdi. Hazırda proses dayandırılıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...