Prezident Samir Şərifova daha bir vəzifə verdi - SƏRƏNCAM

Prezident Samir Şərifova daha bir vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

 

Sərəncama əsasən, Komissiyanın sədri artıq Samir Şərifov olacaq. İndiyə qədər komissiyaya Əli Əhmədov sədrlik edirdi.

 

Eyni zamanda digər sərəncamla Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri Samir Şərifov olacaq. İndiyə qədər bu vəzifəni Azərbaycanın ekologiya və təbii sərvətlər naziri icra edirdi.

 

Azərbaycan  və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın üzvlərinin sayı da artırılıb. Siyahıya Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.

 

Həmçinin, “Azərbaycan ilə Qırğız arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında” Sərəncama edilən dəyişikliklə Komissiyanın sədri vəzifəsi Samir Şərifova həvalə edilib. Komissiyanın üzvləri sırasına isə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əlavə edilib.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri vəzifəsi Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundova həvalə edilib. İndiyə qədər bu vəzifəni Sahib Məmmədov icra edirdi.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...