"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir" - Prezident

"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir" - Prezident

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.

 

Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR

Sürücülük vəsiqəsi yenilənəcək? - "On ildir ki, bu məsələ müzakirə edilir"

"Sürücülük vəsiqəsinin verilməsi qaydalarında hər hansı dəyişikliyin edilməsi gündəmdə deyil".   Bunu sürücülük vəsiqələrinin verilməsi pro...

Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. ...

Uzaq Şərqdə gərginlik azalır: Ölkələr sülh masasına oturdu

Kamboca və Tailand arasında sərhəd boyunca beş gündür davam edən və onlarca insanın ölümünə səbəb olan silahlı toqquşmalardan sonra tərəflər sülh danışıqlarına ...

İsrail–İran gərginliyi səngimir: Atəşkəs pozula bilər - Açıqlama

İsrail Müdafiə naziri İsrael Katz, İranla 12 günlük müharibədən sonra əldə olunan atəşkəsin üzərindən bir ay keçsə də, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xa...

Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupund...

II “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi keçirilir

Sfera.az xəbər portalı ölkə yazar və jurnalistləri arasında saytın qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəs...