"Receb İvedik"də azərbaycanlıların təhqir edildiyi səhnə filmdən çıxarıldı - VİDEO

Türkiyənin məşhur aktyorlarından olan Şahan Gökbakar qalmaqallı hissənin filmdən çıxarıldığını açıqlayıb. Sfera.az xatırladır ki, bir neçə gün əvvəl "Recep İvedik-5” filminin treylerində Azərbaycanla bağlı bir səhnə etirazlara səbəb olmuşdu. Müxtəlif xəbər saytlarında, sosial şəbəkələrdə əsas müzakirə mövzusu olmuşdu. Filmin treyleri görünməmiş sayda, 10 milyondan çox izlənmişdi.

Filmin aktyoru boks yarışında Azərbaycanı təmsil edən idmançını bir güclü zərbə ilə uzağa tullayır. Bu görüntülər Azərbaycanda ciddi etirazlarla qarşılanmışdı.

Adıçəkilən filmdə baş rolun ifaçısı Şahan Gökbakar öz İnstagram səhifəsində bir açıqlama verib. Göstərilən diqqətdən xeyli razı qaldığını deyən Gökbakar müzakirələrə səbəb olmuş hissəsnin artıq çıxarıldığını bildirib: "Mən filmlərini güldürmək üçün çəkirəm. Bir azəri qardaşımın belə narazı qalması belə mənim də xoşuma gəlməz. Məhz buna görə həmin hissəni çıxardırıb. Beləliklə məndən mərd bir jest olsun, həm də buna görə pis niyyətlə filmimin üstənə gələnlərin oyununu pozmuş oluram".

 
 
 
 
 

 

 


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...