Orxan Quliyevə yüksək vəzifə verildi

Orxan Quliyevə yüksək vəzifə verildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

 

O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

 

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.

 

Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.


OXŞAR XƏBƏRLƏR