Elçin Şıxlı: "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu"

Elçin Şıxlı: "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu"

"Sputnik" İnformasiya Agentliyinin başında Marqarita Simonyan dayanır. O, bir erməni kimi hər zaman Azərbaycanın əleyhinə çıxışlar edib. Bir çox verilişlərdə, özünün şəxsi çıxışlarında hər zaman anti-Azərbaycan mövqe sərgiləyib, bizi aşağılayıb. Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu. Əli Həsənov ailəsinə məxsus binada "Sputnik"ə ofis vermişdi, yüksək şərait yaratmışdı. Nəticədə agentlik istədiyini edirdi".



Sfera.az xəbər verir ki, bu sözləri  demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri  Elçin Şıxlı deyib:



Elçin Şıxlı açıqlamasında bildirib ki, təəssüf ki, 10 ildən sonra biz indi ayılmışıq:



"Onlar əvvəldən Azərbaycan əleyhinə olan mövqedə dayanıblar. Ayrı-ayrı azərbaycanlı jurnalistlər onların siyasətinin qarşısını öz gücləri hesabına almağa çalışırdılar. Həmin jurnalistlər agentlikdən uzaqlaşdıqdan sonra, agentlik ağzına gələni yazır. Çünki Moskvadan Azərbaycanın münasibətini heç zaman işıqlandırmağa imkan verilməyib. AZAL-ın təyyarəsinin vurulmasını da qətiyyətlə "quş sürüsü ilə toqquşma" kimi təqdim edilib. Yəqin ki, elə həmin quş sürüsünün başında Marqarita Simonyan uçurmuş, dəyib təyyarəyə qəza edib. Ona görə də əminliklə təyyarənin quş sürüsü ilə toqquşduğunu deyirlər".



O bildirib ki, Rusiyanın Azərbaycandakı bu kimi casus şəbəkəsi mütləq bağlanmalıdır:



"2009-cu ildə güc strukturları tərəfindən əməliyyat keçirildi. Əməliyyat "Meşə qardaşları" adlı şəbəkəyə qarşı idi. Azərbaycan Respublikasının Prezidenti təyyarə qəzası ilə bağlı Rusiyadan ədalətli mövqe tələb edən kimi "Meşə qardaşları" da ortaya çıxdı. Bütün bunlar Rusiyanın Azərbaycanda yatmış şəbəkələridir. 



Mediada isə "Sputnik" agentliyi yatan həmin şəbəkələrdən biridir. Lazım olan məqamda bizim əleyhimizə ictimai rəyə təsir göstərməyə çalışırlar. Bu agentliyi təcili ləğv etmək lazımdır ki, gedib başqa yerdə təbliğat aparsınlar.



"Sputnik"də çalışan jurnalistlərimiz var. Agentlik bağlanan zaman onlar da mütləq işlə təmin olunmalıdırlar. Onlar agentlikdə olmasa, bəlkə də bundan da betər şeylər olar".


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...