"Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

"Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

İctimai və sosial əhəmiyyətli mövzularda təşəbbüsləri ilə fərqlənən Qırmızı Ürəklər Fondunun elan etdiyi "Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramı yekunlaşıb. Proqrama ümumilikdə 306 nəfər müraciət edib. Seçim prosesini keçən 69 namizəd müsahibə mərhələsinə dəvət edilib. Sonda bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub. Qalib tələbələr 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.

 

Qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.

 

Qeyd edək ki, layihə çərçivəsində 2022-2023 tədris ilində 26, 2023-2024-cü tədris ilində isə 25 tələbə bu imkandan yararlanma şansı əldə edib. Cari ildə təqaüd proqramı Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasındakı əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Tələbələrə təqdim ediləcək təqaüd "Birbank"la Fondun 2023-cü ildə start verdiyi "Onu oxut" ianə kampaniyası çərçivəsində toplanan vəsait hesabına təmin edilir. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

 

Qaliblərin siyahısı: //bit.ly/4b23CuE

 

"Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə "Kapital Bank"ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün redhearts.az saytına daxil olmaq kifayətdir.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...