Xarici valyuta məzənnələri – RƏSMİ
09:58 / 19.01.2017
1028
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 19-a olan məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə 1,47% bahalaşaraq 1,8311 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9302 manatdan 1,9483 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0304 manatdan 0,0308 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4790 manatdan 0,4811 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2269 manatdan 2,2482 manatadək artıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6840 manatdan 0,6879 manatadək bahalaşıb.