Neftin qiyməti açıqlandı
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,83% artaraq bir barelə görə 54,37 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,80% bahalaşaraq 51,49 dollara satılıb.
APA-nın məlumatına görə isə, neftin bahalaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun proqnozlarına əsasən, həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. Rəsmi statistika bu gün açıqlanacaq.
Bununla yanaşı, OPEK-in ötən gün açıqladığı statistikaya əsasən, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir.