Evlilik verilişindəki azərbaycanlı qızın keçmiş nişanlısından – VİDEOMÜRACİƏT

Evlilik verilişindəki azərbaycanlı qızın keçmiş nişanlısından – VİDEOMÜRACİƏT

 

Bir neçə gün əvvəl Türkiyə mətbuatına istinadla Azərbaycan saytlarında "Zuhal Topalla” evlilik proqramının azərbaycanlı iştirakçısı Nazın keçmiş nişanlısı Baha tərəfindən döyülməsi barədə xəbərlər yayılmışdı.

Oxu.Az xəbər verir ki, bundan sonra Naz sosial şəbəkədə azərbaycanlı və türkiyəli jurnalistləri yalan xəbər yazmaqda təhqir edərək Bahanın onun döymədiyini bildirmişdi.

Bu dəfə isə Baha "Instagram” hesabında yayılan xəbərlərə aydınlıq gətirərək sosial şəbəkə izləyicilərinə videomüraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, "Star” TV-nin "Zuhal Topalla” evlilik verilişində təqdim olunanlar əslində oyundur. O, Nazla bir-birilərini həqiqətən sevdiklərini və may ayında ailə üzvlərinin iştirakı ilə nişanlanmaq istədiklərini və evlənməyi planlaşdırdıqlarını söyləyib. Lakin proqramın əməkdaşları bununla razılaşmayaraq reytinq xatirinə onlardan oyun oynamağı tələb edib və zorla nişan etdirərək cütlüyü sonradan ayırıblar.

Naz üçün gələn bəy namizədi azərbaycanlı model Əli Əkbər də proqrama planlı şəkildə dəvət olunub və bunlar hamısı proqramın yaradıcı heyətinin saxtakarlığıdır. Baha telekanaldan uzaqlaşmaq istədiyini, lakin Nazın telekanalla müqaviləsi olduğu üçün bunu edə bilmədiyini vurğulayıb. O, Nazı sevdiyini və müqavilə bitən kimi evlənəcəklərini bildirib.

Baha studiyada Naza görə məcburi əyləşdiyini və saxta sevgilisi Əli Əkbərlə yayımlanan romantik süjetləri, proqramda baş verənləri izlədikcə xeyli əsəbiləşdiyini və bunlara dözə bilmədiyini bildirib.

Baha döyülmə xəbərləri yayılan gün proqramdan sonra Nazın avtomobilinə əyləşdiyini və birdəfəlik bütün oyunlara son qoyulmasını, proqramdan uzaqlaşıb öz həyatlarını yaşamasını istəyib. Bahanın sözlərinə görə, Naz əsəbi olduğu üçün avtomobildə qışqırmağa başlayıb.

Bundan sonra verilişin mühafizəçiləri Bahanın üzərinə hücum edərək onu döyüblər. Proqramda iştirak edən digər bəy namizədləri - Bahanın dostları ona yardım etmək istəyərkən onlar da fiziki təzyiqə məruz qalıblar və Dəniz adlı iştirakçının avtomobilini isə yararsız vəziyyətə salıblar. Baha hadisə ilə bağlı polis bölməsinə şikayət edib.

O, sonda vurğulayıb ki, Nazın söylədiklərinə inanmayın, çünki müqaviləsi olduğu üçün onların istədiklərini etmək və demək məcburiyyətində qalır.

Aşağıdakı linkə daxil olaraq videomüraciəti bütünlüklə izləyə bilərsiniz:

//www.instagram.com/bahaselenbasofficial/?hl=ru


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...