Hər an partlaya bilərdi: Uşaq parkının altından 176 bomba tapıldı - FOTO


Hər an partlaya bilərdi: Uşaq parkının altından 176 bomba tapıldı - FOTO

İngiltərədə uşaq parkının altından içərisində partlayıcı maddələr olan 150-dən çox İkinci Dünya Müharibəsi bombası tapılıb. Yerli hakimiyyət isə bunun son olmadığını və daha çox mərmi ola biləcəyini bildirib.


Sfera.az bildirir ki, uşaq meydançasının keçmiş hərbi poliqonda yerləşdiyi məlum olub.
 

İndiyədək Nortumberlend ştatının Wooler şəhərindəki Scotts Parkda İkinci Dünya Müharibəsindən qalma 176 bomba tapılıb. Bombalar tikinti işləri zamanı tapılıb.
 

Northumbria Polisi bildirib ki, ilk dəfə yanvarın ortalarında - köhnə minaatan mərmisi tapılıb.
 

Tikinti işləri yenidən başlayanda isə daha çox mərmi aşkarlanıb. Daha sonra Müdafiə Nazirliyi ərazini tam tədqiq edib və orada hər birinin çəkisi 5 kq olan 65 bomba aşkar edib. Ertəsi gün ərazilər genişləndirilib və daha 90 bomba tapılıb.


Yerli səlahiyyətlilər, tapılan mərmilərin canlı olmadığı üçün praktiki bomba adlandırıldığını, lakin onların hələ də döyüş başlıqlarını daşıdığını, qoruyucuların və içindəkilərin bütöv halda tapıldığını, məhz buna görə də hər an partlaya biləcəyini qeyd ediblər.
 

Qazıntıların yaxın bir neçə həftə ərzində davam edəcəyi gözlənildiyi üçün parkda daha çox bomba aşkar ediləcəyi güman edilir.
 

Polis həqiqətən də çətin vəziyyət olduğunu vurğulayıb.
 

"Biz bütün parkın yalnız üçdə birini təmizlədik və hələ də yeni bombaların olduğu başqa bir çuxur tapa bilərik" - deyə hüquq-mühafizə orqanları bildirib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...