Kamil Zeynallını hansı cəza gözləyir? – VİDEOŞƏRH

Kamil Zeynallını hansı cəza gözləyir? – VİDEOŞƏRH

 

Tanınmış müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallının sosial şəbəkələrdə yayılan videosu geniş müzakirələrə səbəb olub.

Femida.az-a istinadla xəbər verir ki, onun işlətdiyi "Bu qədər qadınları söymüşəm, amma nəsillərində bir nəfər kişi yoxdur ki, qabağıma çıxsın. Çünki onların nəsillərində kişi yoxdur. "Instagram”da yazan kişilər də qeyrətsiz və şərəfsizdilər” kimi ifadələr sosial şəbəkə istifadəçilərinin ciddi etirazı ilə qarşılanıb.

Vəkil Anar Qasımlı hesab edir ki, sözügedən videoda təhqiramiz ifadələr səslənir:

"Təhqir dedikdə, şəxsiyyətin şərəf və ləyaqətinin qəsdən alçaldılması başa düşülür. Cinayət hüququnda təhqir bundan ibarətdir. Sözügedən videoda müəyyən təhqiramiz ifadələr səslənir, lakin konkret ünvan göstərilmir. Yəni, tamaşaçı konkret kiminsə təhqir olunmasından nəticə çıxara bilmir. Ola bilsin, kimsə özünün təhqir olunduğunu nəzərdə tutur. Bu artıq başqa məsələdir. Belə olan halda şəxsin xüsusi ittiham qaydasında məhkəmədə şikayət qaldırmaq hüququ var.

Təbii ki, iş üzrə son söz məhkəmənindir. Yəni, məhkəmə müvafiq ekspertizalar təyin etməklə səslənən fikirlərin insan şərəf və ləyaqətinin alçaldıb-alçalmayacağını təyin edəcək. Bundan sonra həmin fikirlərin kimə aid olduğunu aydınlaşdıracaq. Deməzdim ki, həmin ifadələr kimisə cinayətə sövq edir. Görünür ki, sözügedən şəxs video vasitəsilə kimlərəsə aqressiv cavab verir. Lakin burada cinayətə sövq etməkdən söhbət belə gedə bilməz”.



OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...