Rusiyada 95 mindən çox qeyri-qanuni miqrant müəyyən edildi

Rusiyada 95 mindən çox qeyri-qanuni miqrant müəyyən edildi

Rusiyada miqrant qanun pozucularının reyestri işə salındıqdan sonra 95 608 nəfərin Rusiyada qeyri-qanuni olduğu aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, bunu  Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. Ümumilikdə, bu müddət ərzində əcnəbilər üzərində 688 mindən çox yoxlama aparılıb.

 

Volk vurğulayıb ki, verilənlər bazası hər dörd saatdan bir yenilənir. O, işəgötürənlərə və xidmət sektorunun işçilərinə xatırladıb ki, əcnəbiyə xidmət göstərməzdən və ya işə götürməzdən əvvəl onun Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin göstərilən reyestrində olub-olmadığını yoxlamaq lazımdır:

 

“30 aprel 2025-ci il tarixinədək Rusiyada qalma rejimini pozmuş hər bir xarici vətəndaş Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına gəlməli və ya Rusiya Daxili İşlər Nazirliyinin “PVS” Federal Dövlət Unitar Müəssisəsinin filialına və ya Moskva vilayətinin Dövlət Büdcə Müəssisəsinə müraciət etməlidir".

 

O, həmçinin belə bir halda belə şəxslərin deportasiya və ya ölkəyə girişinə qadağa qoyulmayacağına da aydınlıq gətirib. Sonda Volk qeyd edib ki, hüquqi statusunu tənzimləyən vətəndaşlar reyestrdən çıxarılacaq.

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Qadınlar və kişilər niyə xəyanət edir? -Əsl səbəbi AÇIQLANDI

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".   Sfera.az xəbər verir ki, bunu...

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.   Sfera.az xəbər verir ki, ...

Sahibə Qafarova Bosniya və Herseqovinaya getdi -FOTO

​​​​​İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ...

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi

Moskva vilayətinin hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.   ...

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.   Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.   ...