Rusiyaya işlədikləri iddia olunan məmurlarla bağlı araşdırmalara başlanılacaq? - AÇIQLAMA

Rusiyaya işlədikləri iddia olunan məmurlarla bağlı araşdırmalara başlanılacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Bu qurum Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunur. 


Dünən “Qafqazinfo”da sözügedən şəbəkədə iştirak etdiyi iddia olunan bir neçə məmurun adı çəkilib. Belə ki, həmin şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, sabiq nazirlər Əbülfəs Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun isə məclislərdə iştirak etdiyi qeyd olunub.

 

Bu gün müxtəlif saytlar siyahıda adı olanlarla əlaqə saxlayıb. Əbülfəs Qarayev yazılanların mənasız söhbət olduğunu deyib, Ramiz Mehdiyev  “axmaq söz-söhbət” adlandırıb,  Elmar Məmmədyarov isə onu Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas olmadığını bildirib.

 

Maraqlıdır, siyahıda başqa kimlərin adı ola bilər və həmin şəxslərlə bağlı araşdırmalara başlanıla bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən REAL Partiyasının sədr Natiq Cəfərli bildirib ki, bu barədə dövlət orqanları araşdırma etməlidir:


“Onsuz da ölkədə Rusiyaya xidmət edən V kolonun olması məlum idi. İstintaq orqanlarına vaxt vermək lazımdır ki, həmin şəxsləri üzə çıxarsınlar. Bu məsələdə ad çəkmək çətindir. Məlumatı olmayan, informasiya çıxışı məhdud şəxslərin ehtimallar üzərindən danışması kimlərisə şühbə altına sala bilər”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...