"ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək, İsrail isə..." - ŞƏRH

"ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək, İsrail isə..." - ŞƏRH

ABŞ İrana qarşı yenidən təzyiqləri artırmağa hazırlaşır. Hətta fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. 


ABŞ-nin İrana qarşı maksimum təzyiq siyasətinin yenidən başlaması regionda hansı nəticələrə gətirib çıxara bilər? Bu proseslərin Azərbaycana təsiri necə ola bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Trampın İrana qarşı sanksiyaları genişləndirməsi, Xameneinin Trampla danışıqların üzərindən xətt çəkməsi tərəflər arasında münasibətlərin kəskinləşməsinə səbəb olub:

 

“İsrail Baş naziri Netanyahu Amerikaya səfər etmişdi, ABŞ-ni Trampın İrana qarşı hərbi əməliyyatlar keçirməsinə qarşı inandırmağa çalışdı. Lakin görünür ki, Tramp hələ də diplomatik addımlara üstünlük verir, müqavilə imzalamağa çalışır. İran isə Trampa inanmır. Düşünürəm ki, sanksiyalar genişlənəcək, hətta İsrailin də İrana müəyyən lokal hərbi əməliyyatlar keçirməsi də istisna edilmir. ABŞ ilə İran arasında genişmiqyaslı müharibənin isə başlanması gözlənilmir. Tramp müharibədə maraqlı deyil, sadəcə sanksiyalar ilə İranın neft və qaz ixracını tamamilə iflasa uğrada bilər”. 

 

M.Əsədullazadənin fikrincə, İranın izolasiya olunması Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir:


“İranın zəifləməsi ölkəmizə qarşı təzyiqlərinin neytrallaşmasına gətirib çıxaracaq. Bu mərhələdə Azərbaycan zərər görməyəcək, əksinə daha da qazanclı olacaq. Zəngəzur dəhlizi məsələsi ilə bağlı İranın mövqeyi kifayət qədər zəifləyəcək”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...