Onlar Rusiyaya xidmət edir? - Özlərindən AÇIQLAMA

Onlar Rusiyaya xidmət edir? - Özlərindən AÇIQLAMA

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin (“Rus Evi”) fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir.

 

Sfera.az xəbər verir ki, Rusiyanın Azərbaycanda daim ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı, bu işdə qonşu dövlətə bir sıra yüksəkvəzifəli şəxslərin dəstək olması, hətta əməkdaşlıq etməsi barədə çoxsaylı iddialar uzun müddətdir gündəmdə olsa da, artıq konkret adlar çəkilməkdədir. Belə ki, Azərbaycanda Rusiya şəbəkəsinin Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunması, bu şəbəkəyə bir sıra tanınmış şəxslərin daxil olması artıq ictimailəşib. Belə ki, dünən “Qafqazinfo”da yayımlanan məqalədə qeyd edilən şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyevin rəhbərlik etməsi bildirilib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, Eldar Mahmudov da daxil imiş.

 

Adları çəkilən sabiq məmurlar Rusiya ilə işləmələrini, qonşu ölkənin maraqlarına xidmət etmələri ilə bağlı yazılanları etiraf etmirlər. Onlardan bunu etiraf etmələrini gözləmək də sadəlövhlük olardı. Maraqlıdır ki, həmin şəxslər ötən gün mövzu ilə bağlı mətbuata verdikləri açıqlamalarda da məntiqli heç nə demirlər və yazılanları hər hansı ağlabatan şərhlə təkzib etmirlər.

 

Belə ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Musavat.com-a açıqlamasında qısa olaraq yazılanların mənasız söhbət olduğunu deyib və “İndi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”, deyərək söhbəti bağlayıb.

 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də Manset.az-a bir cümləlik açıqlama ilə yazılanları “axmaq söz-söhbət” adlandıraraq vəziyyətdən çıxmağa cəhd edib.

 

Moskvadan idarə olunan Rusiya şəbəkəsinin digər üzvü olduğu bildirilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə bir qədər fərqli fikir irəli sürüb. O, Teleqraf.com-a açıqlamasında bunları deyib: “Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-də təhsil almışam. Bu, o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!”

 

Heç kimə sirr deyil ki, Azərbaycanda Rusiya şəbəkəsinin üzvləri və bu dövlətin maraqlarına xidmət edənlərin adları təkcə qeyd etdiklərimizlə məhdudlaşmır. Rusiya tarix boyu nəinki Azərbaycanda, demək olar ki, bütün ölkələrdə öz casus və maraqlar şəbəkəsini qurub və hər hansı formada təlimatlandırıb, eləcə də müxtəlif formada dəstəkləyərək dövlət və digər strukturlarda möhkəmləndirib. Həmin şəbəkənin üzvlərinin və bu maraqlara xidmət edənlərin aşkar şəkildə bunu etiraf etməsi isə əlbəttə ki, mümkünsüzdür.


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...