“Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

“Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

“Birbank” müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir.

 

Belə ki, yenilənən “İcbari Avto Sığorta” məhsulu indi “Birbank”lılara daha böyük üstünlüklər qazandırır. Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyacanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.

 

“Birbank” mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək, “İcbari Avto Sığorta” hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə faydalana bilərlər.

 

Ətraflı məlumat üçün: //birbank.az/products/insurance/compulsory/auto

 

“Birbank”ın daha bir təklifi isə “Səyahət sığortası” ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. “Birbank” mobil tətbiqində “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.

 

Ətraflı məlumat üçün: //birbank.az/products/insurance/travel

 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Birbank” 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir.

 

“Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...