Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd olunub.

 

Bildirilib ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.

 

Qeyd olunub ki, bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb


OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...