Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır

Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır

Rusiya Ermənistan və Azərbaycanın gələcək nəsillər üçün “mina” qoymayan, davamlı uzunmüddətli münasibətlərin tənzimlənməsini nəzərdə tutan sülh müqaviləsi hazırlamasının tərəfdarıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir.

 

“Biz müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan tərəflərinin elə bir sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq ki, bu, gələcək nəsillər üçün “mina” qoymaq əvəzinə, yol açsın və münasibətlərin davamlı uzunmüddətli tənzimlənməsini nəzərdə tutsun. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı həqiqətən mümkün qədər tez hansısa Qərb platformasında sülh müqaviləsi bağlamağa sövq etmək istəyən hər hansı tələsik sənədlərin bağlanmasının əleyhinəyik.

 

Belə tələsik, düşünülməmiş və sonacan yoxlanılmamış qərarlar uzunmüddətli davamlı sülhə deyil, əksinə, gələcək üçün qarşıdurma toxumları əkə bilər ki, bu da, sözsüz ki, nə Ermənistan və Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunandır”, – M. Qaluzin söyləyib.

 

Nazir müavini həmçinin erməni tərəfini regional kommunikasiyaların açılması üzrə işi davam etdirməyə çağırıb.

 

“Təəssüf ki, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə Rusiya, Azərbaycan və Ermənistan hökumət sədrləri müavinlərinin rəhbərliyi ilə üçtərəfli qrupun işi hazırda dayandırılıb və dondurulub, əgər belə demək mümkündürsə. Əlbəttə ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəfi, tərəflər istərsə, hər cür köməklik göstərməyə həmişə hazırdır”, – Mixail Qaluzin vurğulayıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...