Qırmızı diplomun xüsusi üstünlünlüyü varmı? – VİDEO


Qırmızı diplomun xüsusi üstünlünlüyü varmı? – VİDEO

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir.

 

Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil ekspertlərinin də sözlərinə görə, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.

 

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.

 

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da nəzərə alına bilər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi

“WhatsApp” musiqili yeniliyi istifadəyə verib. Sfera.az xəbər verir ki, bundan əvvəl “WhatsApp”ın beta versiyasında müşahidə e...

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan ...

Qızıl və gümüş BAHALAŞDI

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.33% artaraq 3,317.02 ABŞ dollarına bərabər olub. Sfera.az xə...

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. ...

Prezident və xanımı Fəxri xiyabanda...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. &n...

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...