Bakıda məzillərin kirayə qiyməti artıb

Cəmiyyət
17:50 / 09.02.2025
7851
Bakıda mənzillərin kirayə qiymətləri əvvəlki aylara nisbətən artıb.
Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, əvvəllər kirayə mənzil bazarında ildə iki dəfə dəyişiklik baş verirdisə, son dövrlərdə bu, tez-tez olur.
"Mənzil fondu yeniləndikcə qiymətlərdə də yüksəlmələr müşahidə edilir".
Ekspert vurğulayır ki, xüsusən də, şəhərin mərkəzindəki evlərin kirayə qiymətləri yüksəkdir:
"Şəhərin köhnə və yeni tikili hissələri arasında da qiymətlər fərqlənir".