Sahil Babayev karateçi imiş - FOTOLAR

Cəmiyyət
17:13 / 09.02.2025
7283
Üç gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad olunaraq maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərində karate ilə məşğul olduğu məlum olub.
Sfera.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov təqdim edib.
Onu da qeyd edək ki, Sahil Babayev 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.