Keşlədə də yanğın oldu: 2 nəfər xilas edildi - VİDEO


Keşlədə də yanğın oldu: 2 nəfər xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılmış elektrik lövhəsi və 2 ədəd dolab 5kv.m. sahədə yanıb.

 

Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

 

Evin böyük hissəsi yanğından mühafizə olunub.

 


OXŞAR XƏBƏRLƏR

Ermənistan hərbçiləri qəzaya düşüb, ölənlər var

Ermənistan ordusunun hərbçisi Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində həlak...

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin canlı korifeyi Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib. O, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda yıxılıb.   Sfera.az...

Evə telefon çəkdirmək 30 manata başa gələcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.  ...

Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın!

Bir çox abituriyent sadəcə keçid balı aşağı olduğu üçün Regionşünaslıq ixtisasını seçirlər. Lakin əksəriyyəti bu sahəni bitirdikdən sonra harada və hansı peşə ü...

Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunl...

Belçika Azərbaycana yeni konsul təyin etdi

Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.   S...