Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - FOTO

Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - FOTO

Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

 

Sfera.az bildirir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.

 

Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.

 

Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Cinayət Məhkəməsi onların həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Taliban qruplaşmasının lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Həqqaninin həbsinə ord...

TDT Baş katibi Azərbaycan diplomatlarını təbrik etdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib.   Sfera.az xəbər...

Kameralara gizlicə müdaxilə edib hər kəsi izləyirmişlər – DTX XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər...

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçi...

Çağatay onunla tərəf müqabili oldu - FOTO

Türkiyəli aktyor Çağatay Ulusoyun "Uyuyan adam" filmindəki tərəf müqabili bəlli olub.   Sfera.az xəbər verir ki, ekran işində aktrisa Elçin...

Bolqarıstan 2026-cı ildən rəsmi olaraq avroya keçir

Avropa İttifaqının maliyyə nazirləri Bolqarıstanın avroya keçməsinə yekun razılıq veriblər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanat...