İrana sanksiyaların tətbiqi hansı nəticələrə gətirib çıxaracaq? - ŞƏRH

İrana sanksiyaların tətbiqi hansı nəticələrə gətirib çıxaracaq? - ŞƏRH

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarükünü asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı sanksiyalar elan edib. Məlumata görə, məhdudiyyətlər İranın Çin, Hindistan, BƏƏ-dəki şirkətlərə və fiziki şəxslərə, habelə daşımalarla məşğul olan gəmilərə təsir edib.

 

Maraqlıdır, sanksiyaların tətbiqi hansı nəticələrə səbəb ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İrana qarşı yeni sanksiyalar neft hasilatını dayandıra bilər:

 

“İranın neft satışına tətbiq edilən yeni sanksiyaların ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxarması mümkündür. İran rialının dollar qarşısında hər keçən gün dəyərdən düşməsi əhalinin real alıcılıq qabiliyyətini aşağı salır, ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır. İran sanksiyalara görə neftini Çin və Hindistana ixrac edirdi. Bunun da qarşısını Tramp yeni sanksiyalar tətbiq etməklə alır. Təkcə neft hasilatı deyil, qaz da  ixrac edə bilmir. Həmçinin texniki imkanları aşağı olduğu üçün əhalinin qazla təminatında əziyyət çəkir. Ölkədə enerji böhranının növbəti mərhələdə hakimiyyət böhranı ilə əvəzlənməsi gözlənilir. ABŞ sanksiyaları genişləndirsə, İran neft çıxarmasını dayandıra bilər. Çünki neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək”. 

 

Onun sözlərinə görə, İranın Uranın zənginləşdirilməsini davam etdirməsi növbəti eskalasiyaya gətirib çıxara bilər:

 

“Artıq ABŞ İsrailə İranın yeraltı nüvə və raket bunkerlərini dağıda bilən bombalar verib. Netanyahu və Tramp İranda hakimiyyətin çökməsi üçün ciddi tədbirlər görəcək. İranın nüvə və raket mərkəzlərinə hava hücumları mümkündür. İran rejimi öz hərbi imkanlarını genişləndirsə də, havadan müdafiə sistemləri sıradan çıxarılıb. Ölkə havadan hücum təhlükəsinə görə müdafiəsiz qalıb”. 

 

M.Əsədullazadə qeyd etdi ki, ölkə iqtisadiyyatının tənəzzülünün hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil:

 

“Məsud Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə Qərblə normallaşmanın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən C. Zərifin işi çətinləşib”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı Balidə oğurluğa görə həbs olundu

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.   Sfera.az xəbər ve...

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikr...

289 şagirdin nəticəsi ləğv olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam e...

Bakı şəhərinə bu aylarda 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.   Agentlik...

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çexiyanın xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.   Bu barədə Sfera...

Trampdan SƏRT XƏBƏRDARLLIQ: “İran yenidən başlasa...”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran nüvə proqramını yenidən bərpa edərsə, Vaşinqton onu yenidən “məhv edəcək”.   Sfera...