"Trampın hələ rəsmi bir planı yoxdur" - Zelenski

"Trampın hələ rəsmi bir planı yoxdur" - Zelenski

ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün hələlik “rəsmi” planı yoxdur.

 

Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

“Müəyyən nəşrlərdə olanlar... əminəm ki, Trampın rəsmi planı deyil”, - Zelenski bildirib. 

 

Onun sözlərinə görə, Kiyevin müharibəni bitirmək planına dair düşüncəsi var və konkret şeylər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub. O, rəsmi danışıqların başlanmasını və onların ilk nəticələrini gözləməyə çağırıb. Hətta ABŞ prezident seçkilərində qalib gəlməmişdən əvvəl Tramp Ağ Evdə olan kimi Rusiyanın Ukraynaya qarşı müharibəsini ən qısa zamanda dayandıracağına söz vermişdi. Yanvarın 20-də inauqurasiyadan əvvəl Trampın müşavirləri ona müxtəlif variantlar təklif ediblər. Onlardan birini sonradan ABŞ-nin yeni administrasiyasında Ukrayna üzrə xüsusi elçi olmuş Keyt Kelloq təqdim edib. Plan hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını, Moskva və Kiyevin sülh danışıqlarına girməyə məcbur edilməsini nəzərdə tutur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı Balidə oğurluğa görə həbs olundu

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.   Sfera.az xəbər ve...

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikr...

289 şagirdin nəticəsi ləğv olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam e...

Bakı şəhərinə bu aylarda 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.   Agentlik...

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çexiyanın xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.   Bu barədə Sfera...

Trampdan SƏRT XƏBƏRDARLLIQ: “İran yenidən başlasa...”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran nüvə proqramını yenidən bərpa edərsə, Vaşinqton onu yenidən “məhv edəcək”.   Sfera...