"Tramp idarəetmə sisteminin fəlsəfəsini dəyişir"

“Donald Tramp Amerikanın daxilində idarəetmə sisteminin fəlsəfəsini dəyişir”.
Sfera.az bildirir ki, bunu Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.
O qeyd edib ki, hər bir dəyişikliyin çətinlik və narazılıq yaradacağı gözləniləndir:
“Müşahidələr göstərir ki, idarəetmə sistemində fundamental dəyişiklik ABŞ-də yalnız Trampın ideyası deyil. Bu həm də beyin mərkəzlərinin uzunmüddətli təhlillərinin ortaya qoyduğu və mövcud reallığa uyğun hazırlanan hesabatın nəticəsidir. ABŞ-də Hökumət Effektivliyi İdarəsinin yaranması və qurumun rəhbəri amerikalı milyarder İlon Maskın aparılacaq islahatlarla bağlı fikirləri idarəetmə sistemində ciddi yeniliklərdən xəbər verir”.
Tədqiqatçı bildirib ki, digər ölkələr də bu təcrübədən yararlanacaqlar:
“İdarəetmə fəlsəfəsinin dəyişməsi, effektli idarəetmə sistemi yalnız cazibədar təklif, gəlişigözəl ifadələr deyil. Hazırkı məqamda strateji təhlükəsizliyi təmin etmək, iqtisadi, siyasi müstəqilliyi qorumaq üçün effektli idarəetmə sisteminin təmərküzləşməsi zəruridir”.
Günay