Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirildi

Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirildi

Bu gün Aktauda 2024-cü ilin dekabrın 25-də baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasında həlak olanların anım mərasimi keçirilib.

 

Sfera.az  xəbər verir ki, tədbiri Qazaxıstanın Azərbaycandakı səfirliyi və Manqistau vilayətinin akimatı təşkil edib.

 

Tədbirdə Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı və başqaları iştirak ediblər.

 

Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub. Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb.

 

N.Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.

 

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən də müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın Türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb.

 

Tədbir çərçivəsində həlak olmuş qazaxıstanlıların yaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarları təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.   Sfera.az Türkiyə mediasına istinad...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...