Müəllim dərsdə öldü

Müəllim dərsdə öldü

Biləsuvar rayonu Aşağı Cürəli kəndində riyaziyyat müəllimi 57 yaşlı Mürsəl Bağırov yanavrın 17-də saat 12.20 radələrində dərs keçərkən qəfildən ürək tutmasından şagirdlərin gözü qarşısında vəfat edib 

Məktəbin direktoru Əlifağa Şirinov açıqlamasında faktı təsdiq edib. 

O deyib ki, müəllim bu gün artıq dəfn olunub:

"Mürsəl müəllim 4-5 il əvvəl ürək əməliyyatı keçirmişdi. Mütəmadi olaraq yoxlanışdan keçirdi, müalicə götürürdü”.

Direktor deyib ki, müəllim həmişəki kimi, adi qaydada dərs keçirmiş:

"Havalarla bağlı qrip keçirmişdi. Biz təkid edirdik ki, sağlamlığına fikir versin. Amma o, dərsləri buraxmaq istəmirdi. Deyirdi ki, "şagirdlərim mənsiz neyləyər?”. Savadlı, məsuliyyətli bir müəllim idi. Öz həyatını təlim-tərbiyəyə sərf etdi. Mürsəl Bağırov ailəli idi. Bir qızı, bir oğlu var. Qızına toy etmişdi, hazırlaşırdıq ki, bu il də oğlunu evləndirək. Amma qismət olmadı”. (modern.az)


OXŞAR XƏBƏRLƏR