Azərbaycan XİN "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi qərarını şərh etdi

Azərbaycan XİN "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi qərarını şərh etdi

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

 

Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

 

O qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

 

"Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir",-məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Bu ay Xıdırlıya 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında x...

Cəlilabadda meşədə yanğın davam edir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə mə...

"Namiq Qaraçuxurluya "yox" dediyim üçün peşmanam, böyük səhv etdim"

Müğənni İradə İbrahimova maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, Namiq Qaraçuxurlunun "Cavanlıq səhvi" mahnısından danışan ifaçı...

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...