"Fənərbağça" rəqibini darmadağın etdi

İdman
11:57 / 06.02.2025
5216
"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib.
Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi qrup mərhələsinin II turunda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbağça"ın heyətində qolları Anderson Taliska, Cenk Tosun (penalti), Mərt Hakan Yandaş və Yussuf En-Nesiri (2) vurublar.
Bununla da İstanbul nəhəngi qrup mərhələsində ardıcıl 2-ci qələbəsini qazanaraq, xallarının sayını 6-ya çatdırıb.