Azərbaycanda 2 bankın vəzifəli şəxsləri cəzalandırıldı

Azərbaycanda 2 bankın vəzifəli şəxsləri cəzalandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Bank” ASC-nin və "Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən "PAŞA Bank"ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Yapı Kredi Bank Azərbaycan"ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib


OXŞAR XƏBƏRLƏR

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...