Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Fevralın 5-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 150, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR