"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.

 

Sfera.az bildirir ki, bunu rusiyalı siyasi müşahidəçi Dmitri Drize deyib. O, sözügedən məsələ ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

 

“Bunların yaxşı şərtlər olması tamamilə mümkündür, lakin bərabərhüquqlu tərəfdaşlıq olmayacaq. Ən azı ABŞ Prezidenti Donald Trampın komandası bunu belə təqdim etməyə çalışacaq”, - ekspert bildirib. Onun fikrincə, gələcəkdə ABŞ tərəfindən arxayın olmaq da lazım deyil.

 

Drize vurğulayıb ki, Trampın yanaşmaları aydındır: “ABŞ artıq dünyanı xilas etməyə çalışmır, öz maraqlarından çıxış edir. Amerika, böyük bir güc olaraq, daha az güclü ölkələrin onların rifahı üçün var olmalarını gözləyir”.

 

Ekspert hesab edir ki, Vaşinqton Rusiyaya qarşı da oxşar yanaşma tətbiq edəcək: “Yəni Amerikanın maraqları nəzərə alınacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...