Brüsseldə atışma baş verdi - Bir neçə metrostansiya bağlandı

Dünya
15:24 / 05.02.2025
8594
Brüsseldə fevralın 5-də mərkəzi Klemonso stansiyasında baş verən atışmadan sonra bir neçə metro stansiyası bağlanıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat verib.
Agentliyin məlumatına görə, şübhəlilər atışmadan sonra metro tunellərinə qaçıblar. Xəsarət alan olmayıb.
Polis hadisənin narkotiklərlə bağlı ola biləcəyi versiyasını araşdırır.