DDLA hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi

DDLA hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Bu barədə Sfera.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

 

Xəbərdarlığa əsasən, fevralın 7-dən  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi  fevralın 9-u  səhər saatlarına kimi davam edəcək. Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.  Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.


OXŞAR XƏBƏRLƏR