Dünyada qızıla tələbat rekord həddə çatıb

2024-cü ildə dünyada qızıla tələb bir qədər də artaraq rekord səviyyəyə çatıb.
Sfera.az Ümumdünya Qızıl Şurasının (ÜQŞ) məlumatına istinadən xəbər verir ki, qlobal qızıl tələbi 2024-cü ildə 1 faiz artaraq 4 974,5 tona çatıb. ÜQŞ qızıla tələbin artmasını sərmayələrin artması və mərkəzi bankların dördüncü rübdə alışlarını sürətləndirməsi ilə əlaqələndirib.
Ötən il investorlar qlobal risklərdən qorunmaq üçün qızıla sərmayəni artırıb və bunun nəticəsində qızıl qiymətləri 27 faiz artaraq 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb. Qızıl tələbinin əsas mənbəyi olan mərkəzi banklar 2024-cü ildə ardıcıl üçüncü il 1000 tondan çox qızıl alıblar. Bu qədər qızılın 333 tonu dördüncü rübdə alınıb.
ÜQŞ 2024-cü ildə ən çox qızıl alan mərkəzi bankın Polşa Milli Bankı olduğunu açıqlayıb. Polşalılar il ərzində 90 ton qızıl alıblar. İnvestisiya məqdəsilə ilə bir ildə 1180 ton qızıl alınıb. 2024-cü ildə qızıla investisiyalarda 25 artım olub.
ÜQŞ proqnozlaşdırır ki, mərkəzi banklar 2025-ci ildə də alışları yüksək səviyyədə saxlayacaqlar.
Vasif