Azərbaycanın U-19 millisi Belarusla yoxlama oyununda qarşılaşdı

Azərbaycanın U-19 millisi Belarusla yoxlama oyununda qarşılaşdı

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

 

Sfera.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.


OXŞAR XƏBƏRLƏR