Küləyin sürəti artıb - XƏBƏRDARLIQ

Cəmiyyət
16:11 / 04.02.2025
5022
Saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.
Sfera.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.