Nadir Məmmədliyə ağır itki üz verdi

Cəmiyyət
15:34 / 04.02.2025
3324
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədliyə ağır itki üz verib.
Sfera.az xəbər verir ki, onun həyat yoldaşı, filologiya elmləri doktoru Nəzakət Məmmədli vəfat edib.
AMEA-nın baş elmi işçisi, Xəzər Universitetinin “Məsnəvi” mərkəzinin direktoru olan 54 yaşlı alimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.