Özəl tibb müəssisələrində yoxlamalar dayandırılıb? - RƏSMİ AÇIQLAMA

Özəl tibb müəssisələrində yoxlamalar dayandırılıb? - RƏSMİ AÇIQLAMA

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında Səhiyyə komitəsi sədrinin müavini, deputat Rəşad Mahmudov bildirib ki, bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər. Ümumiyyətlə, son zamanlar xüsusən də, özəl tibb müəssisələri ilə bağlı şikayətlərin artması yoxlanışları zəruri edir. 

 

Maraqlıdır, monitorinqlər dayandırılıbmı? Əgər aparılırsa, ən çox hansı qanun pozuntuları aşkar olunub?


Sfera.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanlayıb.


AEM-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəz tərəfindən keçirilən yoxlamalar dayandırılmayıb:


“İki növ yoxlama keçirilir: planlı və plandankənar. Müvafiq dövlət qeydiyyatlı lisenziyalı “Özəl tibb fəaliyyəti” ilə məşğul olan sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununu rəhbər tutaraq planlı yoxlamalar keçirilir. 


Qeyd edilən qanunun tələbinə əsasən planlı yoxlamaların keçirilməsi barədə rəsmi məlumat ən azı 5 iş günü müddətində (yəni yoxlama başlamadan 5 gün əvvəl) sahibkara ünvanlanır. Keçirilən planlı yoxlamalar zamanı aşkar edilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı qərar qəbul edilərək, müəssisə rəhbərliyinin icrası üçün göndərilir. Plandankənar yoxlamalar isə vətəndaşların şikayətləri, yerli dövlət orqanlarının müraciətləri və mediada də yayılan məlumatlar əsasında keçirilir. Analoji olaraq plandankənar yoxlamalar da eyni qayda ilə tənzimlənir”. 


Məlumatda qeyd olunub ki, 2024-cü il ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Həmçinin eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib. 


Bildirilib ki, aşkar edilən qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin əsasən 210.1, 215.1, 215.3, 215.4 maddələrinə uyğun protokollar tərtib edilib:


“Belə ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə (210.1), fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilib. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə (215.1), vəzifəli şəxslər səkkiz yüz manatdan min manata qədər, hüquq şəxslər altı min manatdan səkkiz min manata qədər cərimə edilib. İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə (215.3), beş yüz manat məbləğində cərimə edilib. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə (215.4), vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilib”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...