Müharibə ilə bağlı "əhəmiyyətli irəliləyiş" - Trampın bəhs etdiyi məsələ əslində nədir?

Müharibə ilə bağlı "əhəmiyyətli irəliləyiş" - Trampın bəhs etdiyi məsələ əslində nədir?

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb. O, Ukrayna ilə silah tədarükü müqabilində nadir torpaq metalları və digər resursların alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduğunu bildirib. Tramp deyib ki, Ukraynanın “çox qiymətli nadir torpaq metalları” var və ABŞ onun investisiyalarına müəyyən dərəcədə “zəmanət” verilməsini istəyir.

 

Maraqlıdır, Ağ Ev sahibinin bəhs etdiyi “əhəmiyyətli irəliləyiş” konkret nədən ibarət ola bilər? Bu irəliləyiş Ukrayna və Rusiya arasında mümkün sülh razılaşmasına yol aça bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, ABŞ Prezidenti Donald Tramp yeni səlahiyyət müddəti dövründə Ukrayna münaqişəsinin həll olunacağı ilə bağlı vədlər vermişdi və bu, nəinki ABŞ elektoratı, eləcə də dünya tərəfindən müsbət qarşılanmışdı:

 

“Hazırda da Tramp komandası bu problem üzərində çalışır. İki ssenari mövcuddur – bunlardan biri Rusiya ilə danışıqların aparılması, Tramp-Putin görüşünün mümkünlüyü, rəsmi Moskvanı müharibəni dayandırmağa razı salmaqdan ibarətdir. Rusiyanın Ukrayna ərazilərindən çəkilməsi müqabilində, Ukrayna ordusunun da Kursku tərk etməsi prosesi mümkündür. Lakin Rusiyanın hansı sərhədlərdə dayanacağı da mübahisə predmetidir. Eyni zamanda Rusiya da çalışır ki, Ukrayna torpaqların işğalı faktını qəbul etsin, yəni bu, dondurulmuş münaqişə kimi qalmasın və yeni ərazi yuridiksiyasını və onun legitimliyini Kiyev qəbul etsin. Bu xüsusda, ABŞ necə davranacaq, bu da böyük suallar yaradır”.

 

Müsahibimiz bildirdi ki, bu danışıqların nəticəsi olaraq Ukraynaya daha genişmiqyaslı hərbi yardımların edilməsi, yaxud Ukraynanın mövcud vəziyyəti qəbul etməsi prosesi Vaşinqton tərəfindən izlənilə bilər:

 

“Eyni zamanda Trampın bəhs etdiyi əhəmiyyətli irəliləyiş bu danışıqların yerindən tərpənməsini göstərir. ABŞ Ukraynada nadir torpaq elementlərini almaqda maraqlıdır. Bu da onu göstərir ki, imperialist dövlətlər məhz öz geosiyasi maraqlarını güdürlər. Burada Ukraynaya verilən siyasi dəstək, mənəvi dayaq, hərbi yardımlar şübhəsiz ki, ABŞ maraqlarını da özündə əks etdirir və Vaşinqton xərclədiyi hər qəpiyin haqq-hesabını da Ukraynadan tələb edəcək. Bu vəsaitlərin dönüşü ABŞ üçün maraqlıdır, bu, hazırda da daxili siyasi müzakirələrdə kifayət qədər ciddi problemlərə yol açır. Məsələn, Bayden administrasiyasının Tramp tərəfindən tənqidi də bunun üzərində idi. Çünki Baydenin oğlunun Ukraynada iqtisadi maraqları və müharibədən əldə etdiyi qazanclar hələ də silinməyib, öz aktuallığını qoruyur. Ukraynanın təbii resurslarının ABŞ tərəfindən istismarı, nadir torpaq elementlərinin əldə olunması ilə bağlı proses də dediklərimizi sübut edir”.

 

Siyasi şərhçi Şahin Cəfərli isə bildirdi ki, Ukraynada nadir torpaq elementləri əlbəttə var:

 

“Söhbət mikroçip, elektromobil, smartfon və digər yüksək texnoloji məhsulların istehsalında, hərbi və kosmik sənayedə, atom energetikasında istifadə olunan litium, kobalt, uran, qrafit, titan və sair metallardan gedir. Lakin məsələ burasındadır ki, bu sahədə kəşfiyyat və hasilat işləri asan və qısamüddətli proses deyil. Müqavilənin imzalanması, ABŞ şirkətlərinin Ukraynaya gəlməsi və lazımi avadanlıqlar, mütəxəssislər gətirməsi, hasilat üçün zəruri infrastrukturun yaradılması, hasilata başlanılması üçün illər lazımdır. Bütün bu işləri Trampın səlahiyyət müddəti dövrünə sığışdırmaq mümkün deyil.  Hazırda vacib olan Ukraynaya ABŞ yardımlarının davam etməsidir. Bu, onu göstərir ki, Trampın çevrəsindəki bəzi adamların ciddi əngəllərinə rəğmən, sistem işləyir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...