"Biz hazırıq, lakin ABŞ Ukrayna müharibəsindən istifadə edərək..." - Rusiyadan SƏRT MÖVQE

"Biz hazırıq, lakin ABŞ Ukrayna müharibəsindən istifadə edərək..." - Rusiyadan SƏRT MÖVQE

“Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polisçuk deyib. 

 

“Rusiya tərəfi real təkliflərə açıqdır və ciddi müzakirələrə hazırdır. Hələlik konkret təkliflər daxil olmayıb”, - o qeyd edib. Polisçukun sözlərinə görə, Vaşinqton Ukrayna böhranında əsas oyunçu olaraq qalır: “Bu ölkə münaqişədən qlobal gücünü artırmaq üçün istifadə edir, eyni zamanda məsuliyyəti avropalı tərəfdaşların üzərinə atmaqla xərcləri azaltmağa çalışır”.

 

Aleksey Polisçuk qeyd edib ki, Rusiya tərəfi Ukraynanın neytral statusu və onun demilitarizasiyası ilə bağlı 2022-ci il sazişlərinə əsaslanan konstruktiv təkliflərə açıqdır: “Eyni zamanda Ukrayna rəhbərliyinin legitimliyi ilə bağlı hüquqi məsələlərin həlli zəruridir”.

 

Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte alyansın Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqlar üçün gizli taktika hazırladığını bildirib. O, münaqişənin sülh yolu ilə həllinin yalnız Rusiyanın iştirakı ilə mümkün olduğunu vurğulayıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...