Baş katib mesaj verdi: NATO-Rusiya müharibəsi başlayır? - AÇIQLAMA

Baş katib mesaj verdi: NATO-Rusiya müharibəsi başlayır? - AÇIQLAMA

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. O, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib. Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, - Rutte deyib.

 

NATO-nun müharibə mesajı necə dəyərləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Şərqi Avropada üç ildir davam edən müharibə tərəflər arasındakı gərginliyi yeni mərhələyə qaldırıb:

 

“Perspektivdə Alyansla rəsmi Moskva arasında gərginliyin daha da artması və müharibə səviyyəsinə qalxması nəzəri baxımdan mümkündür. Lakin praktik nöqteyi-nəzərdən birbaşa savaşın başlanacağı ən azı yaxın gələcək üçün inandırıcı görünmür. Əlbəttə, bunu nə Rusiya istəyir, nə də Alyans. Bu baxımdan Baş katibin səsləndirdiyi fikirlər daha çox çəkindiricilik mahiyyəti daşıyır”.

 

Müsahibimiz bildirdi ki, NATO Rusiya ilə mümkün toqquşmanın qarşısını almaq üçün silahlanır və müharibəyə hazır olduğuna dair qarşı tərəfə mesaj ötürür:

 

“Məsələ burasındadır ki, Rusiya Ukrayna ilə müharibə bitəndən sonra digər qonşu ölkələrə, o cümlədən NATO üzvü olan Finlandiyaya hücum edə bilər. Alyans indidən belə bir ssenarinin qarşısını almağa çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...